“TDT beynəlxalq aləmdə əməkdaşlıq və həmrəyliyi təşviq edən platformadır”



Birol Akgün: 1926-cı il qurultayının 100 illiyini Türk dünyasının ortaq əlifbası ilə qeyd etməyi səbirsizliklə gözləyirik



Türk Dövlətləri Təşkilatı (TDT) sadəcə regional platforma deyil, eyni zamanda, həmrəyliyin bir təzahürüdür. TDT beynəlxalq aləmdə əməkdaşlığı və həmrəyliyi təşviq edən platformadır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün “Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi” mövzusunda keçirilən panel iclasdakı çıxışında bildirib.

“Siyasi həmrəylik, enerji təhlükəsizliyi, elm, mədəni diplomatiya sahəsində ortaq əməkdaşlıqlar üzərində çalışırıq. Biz sülhün, qarşılıqlı etimadın bərqərar edildiyi bölgə qurmağı hədəfləyirik. Elm və texnologiyadan tutmuş enerji əməkdaşlığına qədər birgə strategiyalar, proqramlar və layihələr hazırlamaq labüddür və biz bunu dəstəkləyirik. Mədəni diplomatiya sahəsində fəaliyyətlərin dərinləşdirilməsi, sadəcə, Türk dünyasında deyil, beynəlxalq ictimaiyyətdə də müsbət türk obrazının formalaşmasına vəsilə olacaq”, – deyə B.Akgün qeyd edib.

Bakının 1926-cı ildə ilk dəfə keçirilən Türkologiya Qurultayına ev sahibliyi etdiyini xatırladan səfir bu şəhərin türk xalqlarının gələcək inkişafında rol oynayan məkan olduğunu bildirib: “Bu gün eyni şəkildə eyni dəyərlər naminə bir araya gəlmək kollektiv yaddaşın ifadəsidir. 1926-cı il qurultayının 100 illiyini Türk dünyasının ortaq əlifbası ilə qeyd etməyi və tarixi bir ana şahidlik etməyi səbirsizliklə gözləyirik”.

Əlaqəli Xəbərlər