Konstitusiya Məhkəməsi indiyə qədər 591 qərar, 172 qərardad qəbul edib


Konstitusiya Məhkəməsi indiyə qədər 591 qərar, 172 qərardad qəbul edib. SİA xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Bakı Dövlət Universitetində “Konstitusiya – dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, məhkəmə 1998-ci ildən fəaliyyət göstərir: “Məhkəmənin ali səlahiyyəti ədalət mühakiməsini həyata keçirmək və konstitusiyanın aliliyini əsas tutmaqdır”.

Sədr əlavə edib ki, innovasiyalar hər sahədə olduğu kimi, məhkəmə-hüquq sahəsində də qaçılmazdır.

O bildirib ki, Azərbaycan Konstitusiyasına 1995-ci ildən bəri 3 dəfə dəyişiklik edilib: “Bunlar insan hüquqlarının genişlənməsi, dövlət və cəmiyyətdə inkişaf dinamikası ilə bağlı olan dəyişikliklər olub. İstənilən dövlətin suverenliyi və ərazi bütövlüyü vacib əməllərdən biridir”.

Əlaqəli Xəbərlər