Tailandda küçədə tamamilə çılpaq gəzən cütlük saxlanılıb. SİA xəbər verir ki, bu barədə “Bangkok Post” yazıb.
Məlumata görə, aprelin 28-də Koh Phanqanda yolun ortasında çılpaq kişi və qadın görünüb. Yerli sakinlər bu barədə polisə məlumat veriblər. Hadisə yerinə gələn polis həmin an qucaqlaşmağa davam edən iki əcnəbini saxlayıb.
Saxlanılanların Polşadan gələn turistlər olduğu üzə çıxıb. Saxlanılan 27 yaşlı kişi və 24 yaşlı qadın bir-birlərinə sevgilərini ifadə etmək üçün paltarlarını soyunaraq küçədə qucaqlaşdıqlarını bildiriblər.
Cütlüyün narkotik testi mənfi olub. Bununla belə, kişi əlavə psixiatrik müayinəyə göndərilib, qadın isə 5000 bat (təxminən 255 manat) cərimələndikdən sonra sərbəst buraxılıb.
Bundan əlavə, polis immiqrasiya orqanlarından onların vizalarını ləğv etməyi xahiş edib.