Təxminən 13 milyon alman yoxsulluq həddindən aşağı düşüb…


…Bu, Almaniya əhalisinin təxminən 15,5 faizini təşkil edir. 2020-ci ildən bəri yoxsulluq həddindən aşağı olan insanların orta gəliri nominal ifadədə 981 avrodan 1099 avroya yüksəlib. Təxminən 13 milyon alman yoxsulluq həddinin altında qaldı. Səbəb ölkədə yüksək inflyasiya olub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “Der Tagesspiegel”in məlumatına görə, onlar yoxsulluqdan əziyyət çəkən insanlar arasındadır.

Almaniya Federal Statistika İdarəsinin hesabatına əsasən, bu, Almaniya əhalisinin təxminən 15,5 faizini təşkil edir ki, bu da bir il əvvəlkindən 1,1 faiz çoxdur.

Almaniya vətəndaşlığı olan yoxsulluq həddindən aşağı olanların sayı 12,8 faiz, vətəndaşlığı olmayanların sayı isə 30 faiz təşkil edir.

2020-ci ildən bəri yoxsulluq həddindən aşağı olan insanların orta gəliri nominal ifadədə 981 avrodan 1099 avroya yüksəlib. Lakin yüksək inflyasiya səbəbindən gəlirlər qiymətlərə uyğunlaşdırılaraq 921 avroya düşüb.

Əli Babayev

Əlaqəli Xəbərlər