BƏT-lə əməkdaşlıq çərçivəsində 3-cü Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanacaq


Bu il BƏT-lə əməkdaşlıq çərçivəsində 3-cü Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanacaq. SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi ilə əlaqədar keçirilən konfransda deyib.

O qeyd edib ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) 59 Konvensiyasını və 1 Protokolunu ratifikasiya etməklə MDB ölkələri arasında ən çox BƏT-in standartlarını qəbul etmiş ölkələrdən biridir:

“Hazırda BƏT-lə əməkdaşlıq çərçivəsində üçüncü Layiqli Əmək üzrə Ölkə Proqramının layihəsi hazırlanır və bu il sənədin imzalanması nəzərdə tutulur”.

Əlaqəli Xəbərlər