Pakistan silahlı qüvvələri Xayber-Paxtunxva əyalətinin Bannu rayonunda genişmiqyaslı anti-terror əməliyyatı keçirib. Əməliyyat nəticəsində azı altı terrorçu məhv edilib, daha dördü yaralanıb. SİA xəbər verir ki, bu barədə “Geo TV” kanalı İslam Respublikasının silahlı qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə Qurumlar arası Xidmətinə (ISPR) istinadən məlumat verib.
Bildirilir ki, Pakistan hərbçilərinin hədəfi ölkədə qadağan edilmiş “Fitna əl-Xavaric” qruplaşmasının ekstremistləri olub ki, bu qruplaşma əvvəllər “Təhriki Talibani Pakistan” (“Pakistan Taliban Hərəkatı”) kimi tanınırdı.
ISPR-in məlumatına görə, döyüşçülərlə şiddətli toqquşma zamanı Pakistan ordusu altı terrorçunu məhv etməyə və daha dördünü yaralamağa müvəffəq olub. Hazırda atışma baş verən ərazidə təmizləmə əməliyyatı davam edir. Hərbi idarə vurğulayır ki, Pakistan hərbçiləri arasında itki yoxdur.