…Bu arada Teleqraf Kiyevin beş bənddən ibarət və Amerika planı ilə əhəmiyyətli fərqləri göstərən potensial sülh sazişi ilə bağlı tələblərinin təfərrüatlarını öyrənib.
Qeyd olunur ki, tələblər Rusiyanın Krım və digər işğal olunmuş ərazilər üzərində nəzarətinin hər hansı formal beynəlxalq tanınmasının rədd edilməsinə yönəlib.
SİA-nın əldə etdiyi məlumata görə, birinci və ikinci bəndlər Çinin Tayvana mümkün işğalı ilə bağlı xüsusi xəbərdarlıqla hər hansı bir sülh sazişinin “təslimiyyətə deyil, beynəlxalq hüquqa əsaslanan” kimi qurulmasına diqqət yetirir.
…O, həmçinin “ərazilərin müvəqqəti də olsa Rusiyaya verilməsini” nəzərdə tutan gələcək sülh sazişinin qiyməti kimi aydın “təhlükəsizlik zəmanətlərinin” vacibliyini qeyd edir. …Üçüncü bənddə deyilir ki, Ukrayna sülh prosesinin mərkəzində olmalıdır.
Dördüncü bənd həm ABŞ, həm də NATO-ya xəbərdarlıq xarakteri daşıyır ki, Rusiyanın Krımı idarə etməsinə icazə vermək ona təkcə Ukraynaya deyil, həm də digər müttəfiqləri, xüsusən Türkiyə, Rumıniya və Bolqarıstanı hücumlarla təhdid etmək imkanı verir.
Beşinci və son məqam açıq şəkildə göstərir ki, Rusiyaya Ukraynanın silahlı qüvvələrinin və ya müdafiə sənayesi bazasının məhdudlaşdırılması üçün sazişdən istifadə etməyə icazə verilə bilməz.
Əli Babayev