Buz dövrünün vulkanizmin böyüməsinə necə təsir etdiyi kəşf edilib


Elm adamları vulkanizmin artmasının buz dövrünün sonu ilə bağlı olduğunu aşkar ediblər. Göründüyü kimi, buzun geri çəkilməsi tektonik plitələri hərəkətə gətirir.

SİA-nın məlumatına görə, alimlər vulkanizmin artması ilə Buz dövrünün sonu arasında əlaqə tapıblar.

Kəşf amerikalı geoloqlar tərəfindən edilib.

Belə ki, Kolorado Dövlət Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, buzlar geri çəkilən zaman tektonik plitələr hərəkət etməyə başlayıb və bu da vulkanizmin artmasına səbəb olub.

Əvvəllər hesab olunurdu ki, sürüşmə yavaş-yavaş, milyonlarla il ərzində baş verir. Lakin alimlərin kəşfi sübut edir ki, plitələrin mövqeyində dəyişikliklər on minlərlə il ərzində baş verə bilər.

Alimlər həmçinin buzların əriməsi səbəbindən daha əvvəl çökmüş torpaqların qalxdığı “izostatik rebound” prosesini də qeyd ediblər. Onların fikrincə, onun təsirini Şimali Amerikanın bəzi regionlarının 6-12 min il əvvəl 25 faiz artan sürüşmə sürətində görmək olar.

Nəticədə yüksəlmə İslandiyada vulkanizmin artmasına və dəniz qabığının formalaşmasının 40 faiz sürətlənməsinə səbəb olub.

…Və eyni zamanda alimlər xəbərdarlıq ediblər ki, Qrenlandiyanın buz təbəqəsinin parçalanması bu proseslərin təkrarlanmasına səbəb ola bilər.

Əli Babayev

Əlaqəli Xəbərlər