Fransiskin vəfatı ilə əlaqədar İtaliyanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb


Roma Papası Fransiskin vəfatı ilə əlaqədar İtaliyanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb. SİA xəbər verir ki, bununla bağlı səfirliyin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

“Müqəddəs Ata Fransiskin vəfatı ilə əlaqədar səfirlikdə vətəndaşlar və başsağlığı vermək istəyən hər kəs üçün başsağlığı kitabı açılıb. Başsağlığı kitabına yazı yazmaq 24 aprel saat 10:30-dan 12:30-a qədər və 25 aprel saat 10:00-dan 12:00-a qədər, həmçinin 15:00-dan 17:00-a qədər mümkündür”, – məlumatda bildirilib.

Əlaqəli Xəbərlər