Tarif və ticarət müharibələri dünyanın iqtisadi nizamına zərbədir


Tarif və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sisteminə zərər vurur. SİA-nın məlumatına görə, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib.

“Bu, dünyanın iqtisadi nizamı üçün zərbədir”, – o qeyd edib.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə Çindən idxala elan etdiyi 145 %-lik rüsumların həddindən artıq yüksək olduğunu bildirib. Tramp onları azaldacağını və Çin ilə ticarət sazişinə nail olacağını vəd edib.

Əlaqəli Xəbərlər