Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə martın 4-19-da keçirilən ixtisas imtahanının şifahi müsahibə mərhələlərinin nəticəsi açıqlanıb. Kollegiyadan SİA-ya verilən məlumata görə, şifahi müsahibə mərhələsində 114 vəkilliyə namizəd iştirak edib.
İmtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 104 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb.
Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi aprelin 30-u saat 09:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlayacaq.