Bu ölkə süni intellektə qanunlar yazmağa icazə verməyi planlaşdırır…





Birləşmiş Ərəb Əmirlikləri dünyada qanun yaradıcılığına süni intellekt cəlb edən ilk ölkə olacaq…



…Birləşmiş Ərəb Əmirlikləri dünyada yeni qanunlar yazmaq, həmçinin mövcud qanunları nəzərdən keçirmək və onlara dəyişiklik etmək üçün süni intellektdən istifadə edən ilk ölkə olacaq.

SİA-nın məlumatına görə, bu barədə “Financial Times” yazır.

Nəşr qeyd edir ki, bu qərar dövlətin milyardlarla dollar sərmayə qoyduğu süni intellektdən istifadə etmək üçün ən radikal cəhddir.

Ölkənin baş naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum qeyd edib ki, süni intellektin qanunvericilik prosesinə daxil edilməsi onu daha sürətli və dəqiq edəcək.

Onun sözlərinə görə, sistem mütəmadi olaraq qanunvericiliyə dəyişikliklər təklif edəcək ki, bu da hökumətin qanunvericilik fəaliyyətini 70 faiz sürətləndirəcəyini gözləyir.

Plan bütün federal və yerli qanunları, məhkəmə təcrübəsini və müxtəlif dövlət qurumlarının məlumatlarını özündə birləşdirən hərtərəfli məlumat bazası yaratmaqdır.

Süni intellekt bu məlumatları təhlil edəcək, qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər hazırlayacaq və onların iqtisadiyyata eləcə də cəmiyyətə təsirini qiymətləndirəcək.

Tənzimləyici Kəşfiyyat İdarəsi adlanan ixtisaslaşmış struktur süni intellektin qanun yaradıcılığı prosesinə inteqrasiyasını koordinasiya edəcək.

Bununla belə, ekspertlər bu təşəbbüsün mümkün riskləri barədə xəbərdarlıq edirlər.

Oksford Universitetinin tədqiqatçısı Vinsent Straub qeyd edib ki, süni intellekt etibarsız və ya hətta yanlış nəticələr verə bilər və onun məntiqi əsaslandırması həmişə aydın olmur.

O, qanun yaradıcılığı kimi mühüm sahədə maşın alqoritmlərinə etibar etməyin təhlükəli ola biləcəyini vurğulayıb.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər