…Türkiyədə yaşayan rusiyalı qadın minimum əməkhaqqı ilə bahalaşan qiymətlərin yerli sakinlərin həyat səviyyəsinə necə təsir etdiyini danışıb. İndi çoxları özlərini kasıb da adlandıra bilmirlər, çünki onlar sözün əsl mənasında yoxsullaşıblar.
Deməli, SİA-nın əldə etdiyi məlumata görə, Türkiyədə yaşayan rusiyalı qadın ölkədə həyat səviyyəsinin kəskin şəkildə aşağı düşdüyünü bildirib.
Rəsmi olaraq müəyyən edilmiş minimum əmək haqqı 17 002 lirə (rus puluyla təxminən 36 700 rubl) ilə yaşayış minimumu 23 615 lirə (yenə rus puluyla təxminən 51 000 rubl) təşkil edir.
Nəticədə yerli əhali, xüsusən də təqaüdçülər o qədər yoxsullaşıblar ki, yoxsul olmaq status simvoludur.
Qeyd edək ki, bunu türkiyəli rus qadın bunu Zen kanalında deyib.
…Və üstəlik, ölkədə “aclıq sınırı” ifadəsi məşhurlaşıb”. …Minimum pensiya aclıq həddindən az qala 8 min lirə (17 300 rubl) aşağıdır. Bu termin artıq türk mediasında da eşidilir – açlık sınırı.
Bunu da müəllif qeyd edib.
Maraqlıdır ki, yerli media da rus qadının səsləndirdiyi məlumatları təsdiqləyir.
Onların məlumatına görə, Türkiyədə əhalinin 30 faizi yoxsulluq həddinin altında yaşayır. İnsanlar özlərini doyurmaq üçün üç işdə çalışırlar. Bir çox insan daha yaxşı həyat dalınca xaricə gedir.
Yeri gəlmişkən, rus qadın onu da qeyd edir ki, yerli sakinlər heyrətamiz möhkəmlik nümayiş etdirir, ruhdan düşmür və həyatdan həzz almağa davam edirlər.
Əli Babayev