Astarada kanalizasiya sistemi yaratmaq 65 milyon manatdan baha başa gələcək


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Astara şəhərində kanalizasiya sisteminin yaradılmasına hazırlaşır. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, qurum bununla bağlı tender elan edib.

Elanda deyilir ki, işlərin ehtimal olunan qiyməti 65 milyon 221 min manatdır.

Tenderə qatılmaq istəyən şirkətləri bunun üçün9,8 min manat iştirak haqqı ödəməlidir, təkliflərini iyunun 12-nə qədər kimi təqdim etməlidirlər. Təkliflərə həmin gün saat 15:00-da baxılacaq.

Əlaqəli Xəbərlər