Sabaha hava yenə yağışlı olacaq?


“Aprelin 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, lakin 23-dən 24-ə keçən gecə axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var: “Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti olacaq.

Bölgələrdə də gündüz saatlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı bölgələrdə yağıntının qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 24-29, Dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacaq”.

Əlaqəli Xəbərlər