…Norveçdə Skandinaviya dağlarının ən hündür nöqtəsində yerləşən Qallxepiqqen yüksək dağlıq buzlaqın aktiv əriməsi nəticəsində yoxa çıxmasının qarşısını almaq üçün onu süni qarla xilas etmək təklif edilib.
SİA-nın məlumatına görə, bunu NRK xəbər verir. …Qallxepiqqen dağındakı yay xizək kurortunun baş direktoru Per Arne Bole hesab edir ki, buzlaqı qorumaq üçün ildə 700 min kubmetr süni qar lazımdır.
Deyilənlərə görə, hər il Alp buzlaqlarından 1 milyon kubmetr qar yoxa çıxır. Ölçmələr göstərir ki, hazırda buzlaqın qalınlığı 20-25 m arasındadır və tədbir görülməsə, səkkiz il ərzində yox olacaq.
…NRK yazır ki, iqlim dəyişikliyi səbəbindən yay xizək kurortunun fəaliyyəti daha bahalaşıb və çətinləşib. Son illərdə Norveçin sonuncu yüksək dağlıq buzlağını qorumaq üçün çoxlu bahalı tədbirlər görülüb.
Norveç Elm və Texnologiya Universitetinin dosenti Strand Edeqord hesab edir ki, buzlaq süni qardan istifadə etməklə genişləndirilə bilər, lakin o, böyük miqdarda süni qar istehsalının problemi yalnız gecikdirəcəyinə inanır.
…Bole hesab edir ki, böyük süni qar stansiyası ilə xizək kurortu 2050-ci ilə qədər fəaliyyət göstərə biləcək.
Lakin bundan sonra Norveç Meteorologiya İnstitutunun iqlim modelləri daha qeyri-müəyyənləşir.
Turizm sənayesi və xizək həvəskarları buzlağı qorumaq üçün süni qardan istifadə etmək planını dəstəkləyirlər.
İndi Norveçin turizm sənayesinin nümayəndələri süni qar istehsalını həyata keçirəcək yeni qurğu üçün 11 milyon kron yığmağı planlaşdırırlar.
Bunu da NRK yazır.
Nazlı Almuradova