Çeçenistanda arxeoloqlar ilk Alanlar dövrünə aid unikal məzarlıq tapıblar. Alxan-Qala kurqanlarının mədəni irs sahəsində aparılan qazıntılar zamanı toxunulmaz qəbirə malik kurqan aşkar edilmişdir. İlkin tarix: IV əsrin ikinci və üçüncü rübləri.
SİA-nın məlumatına görə, bu barədə TASS yazıb.
Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun baş elmi işçisi Vladimir Malaşevin sözlərinə görə, tapıntının Şimali Qafqazda analoqu yoxdur: “Bu məzarlıqda tapıntıların çoxluğu bu kişi dəfninin yüksək sosial statusunu vurğulayır. Bu unikal kompleksdir ki, indiyədək Şimali Qafqazda bizdə olmayıb”.
Artefaktlar arasında turmalin və qızılla bəzədilmiş at qoşquları, cilov, qızıl toqqalı üç qanadlı silah nümunəsi, bilərzik və xaricdən gətirilən metal qablar var.
Əşyaların keyfiyyəti dövrün sənətkarlığının yüksək səviyyəsindən xəbər verir.
Ekspedisiyanın rəhbəri Əzəmət Axmarovun sözlərinə görə, bölgədə məlum olan bütün kurqanlar əvvəllər talan edildiyindən alimlər toxunulmamış məzarlıq tapacaqlarını gözləmirdilər.
Tapıntılar bərpa və elmi təsvir üçün göndəriləcək. Gələcəkdə onlar Çeçenistan Milli Muzeyinin yeni binasında keçiriləcək sərgidə təqdim olunacaqlar.
Əli Babayev