…Rusiya dünyanın ən böyük İslam ölkəsi olan İndoneziyaya halal ət tədarük etməyə başlayır.
SİA-nın məlumatına görə, RİA Novosti Rusiya Federasiyası baş nazirinin birinci müavini Denis Manturova istinadən xəbər verir.
Manturov Rusiya-İndoneziya Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyasının növbəti iclasında çıxışı zamanı qeyd edib ki, Rusiyadan şəriət tələblərinə cavab verən ət məhsullarının tədarükü yaxın vaxtlarda başlayacaq.
Baş nazirin müavini Rusiya Federasiyasından İndoneziyaya ərzaq və mineral gübrələrin ixracının artması tendensiyasına da diqqət çəkib.
Bununla yanaşı, Moskva ənənəvi olaraq Cakarta üçün ən böyük yanacaq və enerji məhsulları tədarükçülərindən biri olaraq qalır.
Bunu da Manturov əlavə edib.
…Bundan əvvəl Dağıstanda məktəblər üçün baha başa gəlsə də, halal standartına cavab verməyən bahalı ətin alınması ilə bağlı məlumatlar yayılmışdı.
Nazlı Almuradova