Uitkoff ABŞ-İran danışıqlarından sonra MAQATE rəhbəri ilə görüşüb


ABŞ prezidentinin xüsusi elçisi Steven Uitkoff Romada ABŞ-İran danışıqlarının ikinci raundu başa çatdıqdan sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə görüşüb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Asharq” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Aprelin 19-da Romada İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həllinə dair danışıqların ikinci raundu başa çatıb.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə proqramı ilə bağlı danışıqlara açıq olduğunu, lakin çətinliklər yaranarsa istənilən ssenariyə hazır olduğunu bildirmişdi.

İran və ABŞ arasında Omanda keçirilən dolayı danışıqlardan sonra bildirilib ki, Vaşinqton və Tehran yeni raundda nüvə probleminin həllinin əsas məqamlarını, eləcə də İrana qarşı sanksiyaların mümkün ləğvini bir daha müzakirə etmək niyyətindədirlər.

Eyni zamanda, Tehran çətin ki, uranın zənginləşdirilməsi səviyyəsini aşağı salsın, çünki ABŞ prezidenti Donald Tramp artıq 2018-ci ildə bu məsələ ilə bağlı razılaşmanı pozub.

Əli Babayev

Əlaqəli Xəbərlər