Azərbaycanda 11 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi bərpa edilib


Azərbaycan Mərkəzi Bankı 10 fiziki şəxsə və 1hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini bərpa edib. SİA bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Bununla bağlı qərar aprelin 18-də “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub.

“Sığorta vasitəçilərinin fəaliyətinin bərpası onların lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırılmas olub”, – məlumatda deyilir.

Əlaqəli Xəbərlər