Özbəkistan ABŞ-a öz peykini buraxmaq üçün müraciət edib


…Özbəkistan öz peykini buraxmaq üçün Amerikanın SpaceX şirkətinə müraciət edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal Texnologiyalar Nazirliyi yanında Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi məlumat yayıb. Təşkilat Özbəkistan nümayəndə heyətinin ABŞ-a səfərindən və Amerika tərəfi ilə mühüm razılaşmaların əldə olunmasından danışıb.

…ABŞ-a səfərin ən mühüm görüşlərindən biri bu gün kosmik bazarda aparıcı şirkət olan SpaceX-in Los-Ancelesdəki ofisinə baş çəkmək olub”, – deyə məlumatda bildirilir.

Gənc özbək mütəxəssisləri Kyusyu Texnologiya İnstitutunda (Yaponiya) təhsil aldıqları müddətdə müvafiq elmi və texnoloji kosmik aparatı yığmağı planlaşdırırlar.

Daha əvvəl Aviasiya Həftəsinin köşə yazarı Garrett Reim bildirmişdi ki, ispace və Redwire ABŞ üçün hərbi Aya eniş modulu yarada bilər.

Fevral ayında SpaceNews xəbər vermişdi ki, ABŞ Müdafiə Nazirliyi Aya gedən kosmik gəmilərə yanacaq doldurmağa kömək etmək üçün SpaceX-in Starship gəmisindən istifadə imkanlarını araşdırır.

Əli Babayev

Əlaqəli Xəbərlər