Moskvadan Samaraya uçuş zamanı “Pobeda” aviaşirkətinin təyyarəsinin radarında izah olunmayan anomaliyalar – real təyyarələrə uyğun gəlməyən fantom işarələri qeydə alınıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə aviasiya hadisələrinin işıqlandırılmasında ixtisaslaşan Aviaincident Telegram kanalı məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, aprelin 16-da Moskvanın Vnukovo hava limanından havaya qalxan və Samaraya uçan Boeing 737-800 təyyarəsi eniş zamanı qeyri-adi hadisə ilə qarşılaşıb.
Təyyarənin ekipajı TCAS-ın toqquşmadan yayınma sisteminin işə salındığını və radar ekranında ondan çox naməlum obyektin göründüyünü bildirdi.
Maraqlıdır ki, yerüstü idarəetmə xidmətlərinin məlumatına görə, həmin vaxt göstərilən hava məkanında və ya ona bitişik sektorlarda başqa heç bir təyyarə olmayıb.
Yaranmış anomaliyaya baxmayaraq, ekipaj komandiri eniş yanaşmasını davam etdirmək qərarına gəlib və təyyarə təhlükəsiz şəkildə təyinat hava limanına enib.
…Bu arada Çin Xarici İşlər Nazirliyi “Boeing” təyyarələrinin idxalına qadağa qoyulması ilə bağlı xəbərlərə cavab verib və Rusiya atəşkəsdən sonra “Boeing” təyyarələri almaq istəyir.
Əli Babayev