Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin olunub. SİA xəbər verir ki, bu vəzifələrə Vüsal Zakir oğlu Nəsirli və Hidayət Kaviz oğlu Abdullayev gətiriliblər.
Hidayət Abdullayev 2011-ci ildən Azərbaycan İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib.
2018-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri, 2018-ci ilin dekabr ayından hazırkı vəzifəsinə qədər Nazirliyin Aparatının rəhbəri olub.
Vüsal Nəsirli isə 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.
Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.