“Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir”


Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir. SİA xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki səhifəsində yazıb.

O vurğulayıb ki, BMT Baş Assambleyası 2010-cu il tarixli 64/253 saylı qətnamə ilə martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. “Novruz yaz gününün bərabərləşdiyi gündür, Azərbaycan xalqı tərəfindən min illərdir ki, yazın başlanğıcı və təbiətin canlanması kimi qeyd olunur”, – deyə H.Hacıyev vurğulayıb.

Əlaqəli Xəbərlər