…Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampın təşəbbüsü ilə razılaşmasına baxmayaraq, respublika ərazisində atəşkəs üçün yeni şərtlər irəli sürüb.
SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə Ukrayna lideri Finlandiya prezidenti Aleksandr Stubb ilə keçirdiyi mətbuat konfransında bildirib.
…Mən çox istəyirəm ki, real nəzarət olsun… Bu nəzarətin əsas subyekti ABŞ olmalıdır. Əgər belə bir razılaşmamız olarsa, obyektlərin siyahısı olacaq: mülki obyektlər, enerji obyektləri, infrastruktur obyektləri.
Bunu Ukrayna prezidenti bildirib.
Zelenski əlavə edib ki, Ukrayna tərəfdaşlara veriləcək obyektlərin siyahısını hazırlayacaq.
Onun sözlərinə görə, Moskva razılaşmalara əməl etsə, Kiyev eyni şəkildə cavab verəcək.
…Xatırladaq ki, ötən gün Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Onun nəticəsi Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlardan çəkinməyə razılığı olub. Rusiya da hazırda 30 günlük atəşkəs dövründə Ukraynada məcburi səfərbərliyin dayandırılıb-dayandırılmaması ilə bağlı qərar gözləyir. Federasiya Şurası qeyd edib ki, ABŞ bu tələbi dəstəkləyə bilər, lakin Kiyev hakimiyyəti onu düşmənçiliklə qəbul edə bilər.
Əli Babayev