“Azərbaycan tolerantlıq cəhətdən nümunəvi ölkədir”


“Bütün dünya cəmiyyətində, bütün ölkələrdə etnik qruplar var. Çox nadir hallarda elə ölkə tapmaq olar ki, orada yaşayan xalqlar yalnız bir millətə aid olsun orada etnik qruplar olmasın. Belə ölkələr çox minimum həddədir ya azdır, ya da yoxdur. Ətrafımızda olan bütün ölkələrdə etnik qruplar var, yaşıyıb və yaşıyacaq. Bunlar həm dillərinə görə, həm adət-ənənələrinə görə, həm də dinlərinə görə fərqlənirlər”. Bu sözləri SİA-ya açıqlamasında ilahiyyatçı Fazil Əhməd deyib.

Onun sözlərinə görə, amma bizim coğrafiyamızda olan etnik qrupların böyük əksəriyyəti İslam dinindədir: “Məsələn, Azərbaycan, Türkiyə, İran ətrafımızda olan böyük ölkələrdə yaşayan etnik qrupların Azərbaycanda daxil olmaqla, bir çoxu Şərq ölkələridir. Bu ölkələrdə yaşayan etnik qrupların böyük əksəriyyəti İslam dinindədir. Məsələn, Türkiyədə yaşayan kürdlər İslam dinindədir. Azərbaycanın daxilində olan etnik qruplar istər talışlar, olsun istər tatlar, ləzgilər bunların böyük əksəriyyəti İslam dininin mənsublarıdır. Yəni az tapmaq olar ki, bizdə yaşayan etnik qruplar başqa dinin nümayəndələri olsun. Dağ yəhudiləri, yəhudi dininə aid olan mənsublardır. Əsasən etnik qrupların bir çoxu İslam dinindədir. İslam dini insanları etnik qruplara bölünməsinə baxmayaraq onları birləşdirir. Mənsəblərə bölünmə bir qədər problem yaradır”.

İlahiyyatçı qeyd edib ki, Azərbaycan tolerantlıq cəhətdən bu mövzuda nümunədir: “Nə qədər etnik qruplar, nə qədər məhzəbi dini fərqlər olmasına baxmayaraq Azərbaycanı elə həmişə xalq olaraq yəni, inzibati olaraq kiməsə məcbur etməyiblər.

1990-cı ildən sonra xarici vətəndaşlar Azərbaycanda bir çox məktəblər, universitetlər yaradıblar. Həmçinin onların gəlişi Avropa cərəyanların da gəlişinə səbəb olub. Bu kimi müəyyən cərəyanların gəlməsi nəticəsində vətəndaşlarımız İslam dini yaranana qədər onların təsiri altına düşmüşdü”.

Əlaqəli Xəbərlər