Kiyev ərazisinin bir hissəsini itirməsi ilə barışıb..?


Ukrayna itirilmiş Ukrayna ərazilərinin bir hissəsinin atəşkəs çərçivəsində Rusiyanın nəzarətində qalacağı ilə barışıb.

Eyni zamanda, Kiyev əlavə ərazilərin verilməsinin qırmızı xəttə çevriləcəyini bəyan edir.

SİA-nın məlumatına görə, İndependent bunu mənbələrə istinadən yazır.

Baş Qərargahdan fevralın 20-nə olan məlumata görə, Rusiya qüvvələri DXR, Zaporijjya və Xerson vilayətlərinin təxminən 75 faizinə nəzarət edirdi, LPR-də isə 1 faizdən az hissəsi nəzarət altına alınmalıdır.

…Məsələn, Zaporojya və ya Xersonun tamamilə təhvil verilməsini tələb etmək ağlabatan deyil – bizim üçün (ukraynalılar) bu, tamamilə cəfəngiyyat kimi səslənir.

Bunu mənbə qeyd edib.

Qəzetin həmsöhbəti qeyd edib ki, Kiyev itirilmiş əraziləri diplomatik yollarla qaytarmaq üçün mümkün olan hər şeyi edəcək.

Xatırladaq ki, 2022-ci ilin payızında keçirilən referendumlardan sonra DXR, LPR, Zaporojya və Xerson vilayətləri Rusiyanın tərkibinə daxil olub(?).

Əli Babayev

Əlaqəli Xəbərlər