Fransada polisə bıçaqla hücum edilib…


Fransanın cənubundakı Kann kommunasında polis prefekturasının yaxınlığında bıçaqla silahlanmış şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib.

SİA xəbər verir ki, “Nice Matin” qəzetinin məlumatına görə, hücum edən şəxs saxlanılıb, polis əməkdaşlarından heç biri ciddi xəsarət almayıb.

Cinayətkarın binanın yaxınlığında polisin gəlməsini gözlədiyi və onlar peyda olanda “Allahu Əkbər” qışqıraraq onlara hücum etdiyi qeyd edilir.

Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları hücumçunu saxlamaq üçün səs-küylü tapançadan istifadə ediblər..

BFMTV-nin məlumatına görə, hücum edən şəxs nəzarətə alındıqdan sonra da yuxarıdakı sözləri və radikal şüarları səsləndirməyə davam edib. Kann meri David Lisnard özünün X sosial şəbəkə səhifəsində eyni adamın bir neçə gün əvvəl bələdiyyə polis maşınına ziyan vurduğuna görə həbs edildiyini bildirib.

Le Figaro qəzeti hücum edənin 22 yaşlı miqrant olduğunu yazıb. Ona Fransa ərazisini tərk etmək əmri verilib, lakin bunun dəqiq nə vaxt baş verdiyi göstərilmir.

Əli Babayev

Əlaqəli Xəbərlər