Ermənistana hərbi yardımın əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına nail olunub


Ermənistana ölümcül silah və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınıb. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, Fransanın birbaşa təhriki ilə 2024-cü ildə Avropa İttifaqı tərəfindən regiona münasibətdə birtərəfli və bölücü xətlərin formalaşmasına hesablanmış fəaliyyətin həyata keçirilməsi səbəbindən qarşılıqlı münasibətlər gərginliklə xarakterizə olunub.

“Hesabat ili ərzində Aİ tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının neytrallaşdırılması istiqamətinda müvafiq işlər görülüb. Aİ-nin Avropa Sülh Mexanizmi (EPF) çərçivəsində Ermənistana yardım göstərməsinin qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirilib, Ermənistanın Aİ xətti ilə hərbiləşdirilməsinin regional sülh və sabitlik üçün fəsadları, Ermənistan-Azərbaycan normallaşma prosesinə mənfi təsiri barəsində tərəfdaşların məlumatlandırılması istiqamətində fəaliyyət davam etdirilib”, – məlumatda qeyd edilib.

Qeyd edilib ki, atılmış addımlar nəticəsində Ermənistana yardımın məzmun və həcminin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına nail olunub:

“Nəticədə, Ermənistana ölümcül silah və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınıb, bundan əlavə EPF xətti ilə Ermənistana yardım edilməsinə paralel olaraq Azərbaycan tərəfinə humanitar mina təmizləmə fəaliyyəti üçün 10 min avro həcmində vəsaitin verilməsi üzrə anlayış əldə edilib”.

Əlaqəli Xəbərlər