“Bizim həyət” çərçivəsində yaradılan məhəllələrdə Novruz bayramı qeyd edilib


Novruz bayramı paytaxtın Nizami və Nəsimi rayonlarında yerləşən, Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib. Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən xəbərə görə, məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər Novruz Bayramını yüksək sevinc hissi ilə qeyd ediblər.

Bayramda müğənnilər müxtəlif mahnılar səsləndirib, kəndirbazlar öz məharətlərini göstərib, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Qeyd edək ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abu-havası yaradılıb.

Əlaqəli Xəbərlər