Liviyanın şərqindəki Tobruk şəhəri yaxınlığında qeyri-qanuni mühacirləri daşıyan qayığın batması nəticəsində 18 nəfər boğulub, 50 nəfər itkin düşüb. On nəfərin xilas olunduğu bildirilir. SİA xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatı son açıqlamasında bildirib. Qeyd olunur ki, Liviya sahilləri qeyri-qanuni miqrantlar və qaçqınlar üçün əsas tranzit nöqtəsi kimi istifadə edilir.