Naxçıvananın büdcəsinə ayrılan dotasiya 43 %-dən çox azalıb


Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 85 milyon manat dotasiya ayrılıb. SİA xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,3 % azdır.

Xatırladaq ki, bu il mərkəzləşdirilmiş büdcədən Naxçıvana 285,7 milyon manat dotasiya ayrılması nəzərdə tutulur. Beləliklə, 6 aylıq dotasiya təxminən 60 % icra edilib.

Əlaqəli Xəbərlər