Lerik rayonunun Hamarmeşə-Bibiyani avtomobil yolu əsaslı təmir olunacaq. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla 1 000 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hamarmeşə-Bibiyani avtomobil yolunun əsaslı təmiriməqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindəndən ilkin olaraq 2 milyon manatı ayrılıb.