Şəki şəhərində “Slou Fud” beynəlxalq təşkilatının “Terra Madre” qida festivalının yerli versiyası təşkil ediləcək. SİA xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.
Məlumata görə, tədbirin 5 min nəfəri əhatə edən 3 kv.metrlik arealda keçirilməsi planlaşdırılır.
Festival zamanı Bakıdan, həmçinin Şamaxı, İsmayıllı, Lənkəran, Qəbələ və Qax rayonlarından, Şərqi Zəngəzur iqtisadi rayonundan qonaqların Şəkiyə gətirilməsi və tədbir bitdikdən sonra geri qaytarılması həyata keçiriləcək.