“Terrorsuz Türkiyə” parlament komissiyasının işinə başlayacağı tarix açıqlanıb


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Terrorsuz Türkiyə” parlament komissiyasının avqustun əvvəlində fəaliyyətə başlayacağını açıqlayıb. SİA xəbər verir ki, onun sözlərinə görə, komissiyanın tərkibinə əsasən müxtəlif siyasi qüvvələrin parlamentdəki fraksiyalarından 51 deputat daxil olacaq. TBMM-də qrupu olmayan partiyalar müzakirələrdə bir deputatla təmsil olunacaq.

Komissiyanın yekun tərkibi iyulun 31-dək müəyyən ediləcək.

Komissiya həftədə azı 4 dəfə yığışacaq.

Əlaqəli Xəbərlər