Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edilib

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb. SİA Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib. Onun sözlərinə görə, bu günə qədər 33 vilayətdə 97 şübhəli barəsində məhkəmə prosesi aparılıb. 97 şübhəlidən 21-i həbs olunub, 47-si haqqında isə məhkəmə nəzarəti qərarı verilib. Nazir Yumaklı deyib ki, ölkə üzrə 28-i meşədə, 48-i kənd yerlərində olmaqla baş verən 76 yanğınla mübarizə aparılıb.

Daha çox

Sabaha olan hava proqnozu AÇIQLANDI

İyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti,…

Daha çox

“Crocus City Hall” terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqları təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, onlara 135 min rubl (təxminən 2 900 manat) ödənilib. Həmin məbləğ Şəmsidin Fəriduninin hesabına cinayətkar təşkilatın naməlum üzvü tərəfindən köçürülüb. Xatırladaq ki, 2024-cü il martın 22-də “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Hadisə zamanı 149 nəfər həlak olub, 609 nəfər isə yaralanıb.

Daha çox

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd “Labubu” oyuncağı ələ keçirilib

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd “Labubu” oyuncağı ələ keçirilib. SİA xəbər verir ki, bu oyuncaqları gömrük bəyannaməsi bəyan edilmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd olunub. İstanbul Sabiha Gökçen Hava Limanına gələn iki sərnişin aparılan risk analizindən sonra nəzarətə götürülüb. Sərnişinlər “Gömrüyə aid heç bir əşyam yoxdur” mənasını verən yaşıl xəttdən istifadə edərək oradan çıxdıqdan sonra onların baqajından 132 ədəd sözügedən oyuncaq aşkar edilib. Qeyd edək ki, Çinin “Pop Mart” şirkətinin “Labubu” oyuncağı son dövrlərdə sürətlə populyarlıq qazanıb. “Labubu” oyuncağının alıcılarının 40…

Daha çox

Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb

Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, iyulun 27-si saat 9:00-a olan məlumatına əsasən düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 4, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, Quba, Xaltan və Şahdağda 1 mm-dir. Şərq küləyi əsib və küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 17 m/s-dək güclənib. İyulun 26-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti qeydə alınıb.

Daha çox

Qəzzada ölənlərin sayı artıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı son 24 saatda 40 nəfər artaraq 59 min 733 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunub. Hücumlar zamanı xəsarət alanların sayı isə 144 min 477-yə yüksəlib.

Daha çox

Tailand Kamboca ilə atəşkəs razılaşmasını təsdiqlədi

Tailandın baş naziri vəzifəsini icra edən, baş nazirin müavini və daxili işlər naziri Phumtham Veçaiçai bir şərtlə Kamboca ilə barışıq bağlamaq barədə razılığa gəldiyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. “Mən ABŞ Prezidenti Donald Trampla söhbət etdim, o, Tailand və Kambocanın dərhal atəşkəs əldə etməsini tələb etdi. Mən Prezident Trampa narahatlığına görə təşəkkür etdim və qeyd etdim ki, Tayland ümumilikdə atəşkəslə razılaşır. Bununla belə, Tailand Kambocadan səmimi niyyət görmək istərdi”, – Veçaiçai deyib. O, Amerika prezidentindən atəşkəs və sonradan münaqişənin sülh yolu ilə həllini müzakirə…

Daha çox

Hazırda açıq ərazilərdə 100-dən çox yanğın aktivdir

Hazırda Serbiya ərazisində açıq ərazilərdə 100-dən çox meşə yanğını aktivdir. SİA xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, ən çox təhlükə altında olan bölgələr Niş, Vranye, Kraquyevaç, Priyepolye, Mali Zvornik, Uyiçe və Kruşevaç şəhərləri yaxınlığındadır. Yanğınların söndürülməsinə ölkənin hər yerindən 500-dən çox yanğınsöndürən və xilasedici, müxtəlif təyinatlı 150-yə yaxın texnika cəlb olunub. Hazırda yanğınsöndürənlər və xilasedicilər tərəfindən müxtəlif təyinatlı 230-dan çox tikili mühafizə olunur. Monteneqro ərazisində baş verən yanğının Serbiya ərazisinə keçmə ehtimalı var. Bu məqsədlə Monteneqronun sərhədindəki Kamena Qoraya doğru yayılan yanğınla əlaqədar…

Daha çox

Bu ölkədə matəm elan edildi

İyulun 28-i Monteneqroda matəm günü elan olunub. SİA xəbər verir ki, bu barədə Monteneqronun Baş naziri Miloyko Spayiç deyib. O bildirib ki, Monteneqro hökuməti matəm gününü son günlər ölkədə baş verən silsilə faciələr nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq elan edib. “Həlak olanların ailələrinin və yaxınlarının kədərini bölüşürük və onların yanındayıq”, – deyə Miloyko Spayiç qeyd edib.

Daha çox

Bu gün 39 dərəcə isti olacaq

Bu günə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti olacaq. Atmosfer təzyiqi [Anchor] 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq…

Daha çox