Qatarda doğan qadın körpəsini tualetə atıb və…


…Qazaxıstandan olan ana qatarda uşaq dünyaya gətirərək onu relslər arasına atıb.

SİA xəbər verir ki, bu barədə ölkənin nəqliyyat prokurorluğu məlumat yayıb.

Hadisə Qaraqanda-Sortirovoçnaya-Sarıbel hissəsində qatarda baş verib.

Şöbədən verilən məlumata görə, qadın sancılar hiss edib və tualetə qaçıb.

Doğuş, təbii ki, tibb müəssisəsindən kənarda və lazımi yardım olmadan baş verib. Nəticədə ana yeni doğulmuş uşağı kanalizasiyaya atıb, daha sonra uşaq, relslərin arasına yıxılıb və ağır bədən xəsarətləri alıb.

Və təbii ki, sonradan körpəni xilas edə bilməyiblər.

Qadın barəsində cinayət işi açılıb.

Müstəntiqlər onun psixi xəstəlikdən əziyyət çəkdiyini və doğuşdan sonra xəstəliyin şiddətləndiyini müəyyən ediblər. Qadının özünün diaqnozdan xəbəri olub-olmadığı dəqiqləşdirilməyib.

Məhkəmə təqsirləndirilən şəxsi dəli hesab edərək, tibb müəssisəsində məcburi müalicəyə qərar verib.

Məhkəmənin qərarı hələlik qanuni qüvvəyə minməyib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər