Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maldiv Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. “Maldiv Respublikası Milli Günü münasibətilə səmimi təbriklərimizi bildirir, bu xüsusi gündə uğur və rifah arzulayırıq” – paylaşımda qeyd olunub.
Daha çoxDay: July 26, 2025
Banqkok Kamboca ilə münaqişənin sülh yolu ilə həllini vacib hesab edir
Tailand Kamboca ilə sərhəddəki münaqişənin sülh yolu ilə həllində israr edir. SİA xəbər verir ki, bu barədə EFE agentliyi Tailandın xarici işlər naziri Maris Sanqiamponqsanın sözlərinə istinadən xəbər verir. “Tailand mübahisələri beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həll etməyə hazır olduğunu təsdiqləyir”, – o bildirib. Ötən gün Tailandın sərhəd komandanlığı Kamboca ilə sərhəddə yerləşən Çanthaburi və Trat əyalətlərinin səkkiz bölgəsində hərbi vəziyyət elan edib. Son məlumatlara görə, qarşıdurma nəticəsində Tailandda 13-ü mülki şəxs, 6-sı hərbçi olmaqla 19 nəfər, Kambocada isə 13 nəfər, o cümlədən 8 mülki şəxs və…
Daha çoxGörüşün Fransanın iştirakı olmadan keçirilməsi Makronu qıcıqlandırır
Fransanın müstəmləkə altında saxladığı ölkələrin insanları Azərbaycanı dekolonizasiya prosesinin mərkəzi kimi qəbul edirlər. Azərbaycan işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. İyulun 19-da Prezident İlham Əliyev Xankəndidə dünyaya səs salan, Vaşinqton administrasiyasından belə təqdir toplayan, III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Yeni Kaledoniya Dövlətinin yaradılmasını bir başlanğıc olaraq qiymətləndirmişdir. Bunlardan qıcıqlanan E.Makron Azərbaycana qarşı “qətnamə oyununa” start vermək qərarına gəlib. İyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr…
Daha çoxErmənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil
Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün işlər davam etdirilir: “Bəzən ölkələr kağız üzərində sülh sazişi imzalayır, amma real sülh olmur. Cənubi Qafqazda isə əksinədir – real sülh mövcuddur. Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. Bəzi mübahisəli məqamlar qalıb – bu da tamamilə normaldır. Bunun üçün də…
Daha çoxAzərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır
Azərbaycan Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib. O vurğulayıb ki, Bakı özünü regionun diplomatik paytaxtı kimi təsdiqləyib və mühüm beynəlxalq danışıqlara ev sahibliyi edir. “Əgər dostlarımız və tərəfdaşlarımız (Rusiya və Ukrayna – red.) Bakıda görüşmək istəsələr, biz onları qəbul etməyə çox şad olarıq. Bakı artıq bütün Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar aparılıb. Suriya və İsrail…
Daha çoxRusiya FHN Saratovda partlayış nəticəsində yeddi nəfərin öldüyünü təsdiqləyib
Saratovda mənzildə qaz partlayışı nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb. SİA Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. “Xilasedicilər dağıntıların altından daha bir nəfərin meyitini aşkar ediblər. Hazırda ölənlərin ümumi sayı yeddi nəfərdir, onlardan biri uşaqdır”, – məlumatda bildirilib. Axtarış-xilasetmə əməliyyatı davam edir. Həlak olanların ailələrinə Saratov vilayəti hökumətinin ehtiyat fondundan 1 milyon rubl (12,6 min ABŞ dolları) veriləcək.
Daha çoxATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik
Azərbaycan ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyir. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Minsk Qrupu 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdi və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədi: “Biz, həmçinin ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik. Onlar 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdilər və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədilər. Hazırda ərazi üzərində real sülh mövcuddur”. H.Hacıyev əlavə edib…
Daha çoxAzərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır
Rəsmi Bakı Moskvanın Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində əsaslı dəyişikliklər baş verməyib, lakin son aylarda ikitərəfli gündəlikdə müəyyən anlaşılmazlıq və gərginliyin artması hiss olunur. “Belə hadisələr qonşu ölkələr arasında da baş verə bilər. Hər şey Azərbaycan cəmiyyətini dərindən sarsıdan təyyarə qəzası (AZAL təyyarəsi – red.) ilə başladı. Qəza Rusiyanın…
Daha çoxÖcalanın “sağ əli” Veysi Aktaş 31 ildən sonra azadlığa buraxılıb
PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalanın “sağ əli” olan Veysi Aktaş həbsdən azad edilib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, o, ömürlük həbs cəzasına məhkum edilməsindən 31 il 3 ay sonra azadlığa buraxılıb. Qeyd edək ki, Veysi Aktaş PKK sıralarında fəaliyyətinə görə 1994-cü ildə həbs olunub. 2015-ci ildən PKK lideri Abdullah Öcalanla birlikdə İmralı Həbsxanasında saxlanılırdı. Aktaş “dövlət suverenliyi altında olan ərazilərin bir hissəsini dövlət idarəçiliyindən ayırmaq” ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmişdi. Xatırladaq ki, PKK terror təşkilatı artıq özünü buraxdığını elan edib, üzvləri isə silahları…
Daha çoxHərbi Polis İdarəsində qoşun xidmətinin təşkili üzrə seminar keçirilib
Azərbaycan Ordusunun birlik və birləşmələrinin əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəislərinin baş köməkçiləri ilə qoşun xidmətinin təşkili üzrə seminar keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, nazirliyin Hərbi Polis İdarəsində keçirilən seminarda 2024-2025-ci illərin yay və qış tədris dövrlərində Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə qoşun xidmətinin vəziyyəti və hərbi intizam təhlil olunub. Həmçinin müdafiə nazirinin, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmr və direktivlərinə əməl olunması, qoşun xidmətinin təşkili üzrə sənədlərin işlənib hazırlanması, daxili xidmət, qarnizon və qarovul xidmətinin, eləcə də…
Daha çox