DGK sədri Siyəzəndə vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Siyəzən rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. SİA komitəyə istinadən xəbər verir ki, DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Siyəzən, Şabran, Xaçmaz və Xızı rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Daha çox

Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibi yenilənəcək

Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar saxlanılacaq. Bundan başqa, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların…

Daha çox

Azərbaycan “Albayrak Holdinq”lə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və Türkiyənin “Albayrak Holdinq” arasında əməkdaşlıq imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkəsində hesabında bildirib. O qeyd edib ki, müzakirələr Holdinqin İdarə Heyətinin üzvü Məhəmməd Sinan Albayrakın ölkəyə səfərləri çərçivəsində keçirilmiş görüşdə baş tutub: “Görüşümüzdə Azərbaycana investisiya qoyuluşu müzakirə edilib”.

Daha çox

“Zəngəzur dəhlizi Azərbaycanın strateji maraqları çərçivəsində reallaşdırılacaq”

“Ermənistan–Azərbaycan münasibətləri 2020-ci il Vətən müharibəsindən sonra tamamilə yeni mərhələyə qədəm qoyub. Hazırda regionda yaranmış geosiyasi reallıqlar Azərbaycanın mövqeyinin nə qədər güclü olduğunu və proseslərə yön verən əsas tərəf kimi çıxış etdiyini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Onun sözlərinə görə, bu il iki ölkə arasında sülh sazişinin imzalanması tamamilə real görünür. Bunun başlıca şərti isə Ermənistanın revanşist ritorikadan tam imtina etməsi və Azərbaycanın suverenliyini şəksiz şəkildə tanımasıdır: “Azərbaycan bu gün münaqişə sonrası mərhələdə sülhə ən çox maraqlı olan tərəfdir və bunu açıq şəkildə nümayiş etdirir. Bütün…

Daha çox

Türkiyə dünyanın ilk lazer əleyhinə pilotsuz silahı olan tankını təqdim etdi…

Tank inteqrasiya olunmuş süni intellektə malikdir… Türkiyə dünyanın ilk lazerlə silahlanmış tankı, istiqamətləndirilmiş enerji silahları ilə pilotsuz təyyarələri məhv edə bilən hibrid paletli döyüş platforması olan ALKA-KAPLAN-ı təqdim edərək dünyanı heyrətə gətirdi. Rəsmi təqdimat IDEF 2025 sərgisində gözlənilir. SİA-nın məlumatına görə, bu barədə Daily Express yazır. Maşın Türkiyənin FNSS və ROKETSAN şirkətləri arasında əməkdaşlıq çərçivəsində hazırlanıb. O, ALKA DEWS yönümlü enerji silah sistemi ilə birləşmiş KAPLAN HYBRID izləmə platformasına əsaslanır. Bu kompleks dronların əsas rol oynadığı müasir münaqişələrin müasir tələblərinə cavab verir. ALKA-KAPLAN həm elektromaqnit basdırma…

Daha çox

“Turizm əhəmiyyətli kəndlərdə məişət tullantıların idarəolunmasına dəstək” layihəsi icra olunur

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə dəstəyi ilə Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən iki ay müddətində Quba rayonun Alpan və Qəçrəş kəndlərində icra olunmuşdur. Layihə ekoloji və turizm baxımında xüsusi əhəmiyyətə malik olan ərazilərdə tullantıların idarəolunmasına, vətəndaşlarda tullantıların idarə edilməsi mədəniyyətini formalşadırmaqla ətraf mühitin mühafizəsinə hədəflənib. Bu gün məişət tullantıların idarə edilməsi insan cəmiyyəti üçün ciddi bir problemə çevrilib. Xüsusəndə tullantıların insan həyatına və təbiətə vurduğu ziyan hər gün artır, qarşısı alınmaz ekoloji problemlərin dərinləşməsinə, tullantıya məruz qalan ərazilərin ölçüsünün böyüməsinə səbəb olur. Layihə çərçivəsində…

Daha çox

Əli Əsədov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Somali ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi diqqətə çatdırılıb. İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Görüş zamanı Azərbaycanla Somali arasında sərmayə qoyuluşu, kənd təsərrüfatı, dövlət xidmətlərinin göstərilməsi, yaşıl enerji, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Daha çox

Avropada təbii qaz cüzi ucuzlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 393 ABŞ dolları civarında qərarlaşıb. SİA xəbər verir ki, 25 iyul tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə avqust fyuçerslərinin qiyməti 393,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (393,4 dollar) ilə müqayisədə 0,1% azdır. Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Daha çox

Nazirlər Kabineti sürücülər üçün Tədris Proqramını təsdiqləyib

Nazirlər Kabineti 11 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”da dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Proqrama “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə,…

Daha çox

“Rusiyanın bu addımı müəyyən mənada başadüşüləndir”

“Rusiya Azərbaycanla gərginliyi azaltmaq və problemləri həll etmək əvəzinə, indi də bəzi politoloqları və deputatları önə sürür. Açıq şəkildə anti-Azərbaycan isteriyasını alovlandırmaq məqsədi daşıyan bu çıxışlar çox zaman təhqir və hədələrlə müşayiət olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib. Turan Rzayev sözlərinə belə davam edib: “Aydın məsələdir ki, Rusiyada bəzi deputatların, politoloqların və mediada çıxış edən ekspertlərin son dövrlərdə sərgilədiyi anti-Azərbaycan ritorikası bəzi istisnalar xaric fərdi fikirlər deyil. Bu, açıq şəkildə Kremlin informasiya sistemində vahid mərkəzdən gələn tapşırığın nəticəsidir. Ritorika ilk baxışdan fərdi təşəbbüs kimi təqdim olunsa…

Daha çox