2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, uçuşlardan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları çatdırılıb. Daha sonra helikopterlərə nəzarət baxışı keçirilib. Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər. Təlim-məşq uçuşlarında yüksək peşəkarlıq nümayiş etdirən hərbi pilotlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.…
Daha çoxDay: July 25, 2025
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunda seçiciləri ilə növbəti görüşünü keçirib. Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə seçicilərin müraciətləri, təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Daha çoxAzərbaycanda daha 232 nəqliyyat vasitəsi hərraca çıxarılır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 1, 5 və 7-də dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti dəfə hərraclar keçiləcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, 1-ci hərraca texnika və 16 lot üzrə 97 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1980-2012-ci illəri əhatə edir. 2-ci hərraca Şəki şəhərində yerləşən əmlak kompleksi və 18 lot üzrə 79 nəqliyyat vasitəsi çıxarılacaq. Əmlak kompleksinin ümumi faydalı sahəsi 14 900 kvadratmetr, torpaq sahəsi 85 368 kvadratmetrdir. Avtomobillərin buraxılış tarixləri 1986-2018-ci illəri əhatə edir. 3-cü hərraca 56 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış…
Daha çoxBorcunu qaytarmayan adamı nə gözləyir?
“Mülki Məcəllənin 743.1-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib. Turan Abdullazadə sözlərinə belə davam edib: “Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Mülki Məcəllənin müvafiq müddəalarına əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya…
Daha çoxAMB “Premium Bank” və onun vəzifəli şəxsini cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Premium Bank” ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən “Premium Bank” 50 min manat, 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə bankın vəzifəli şəxsi 10 min manat cərimə edilib.
Daha çoxSahilboyu əraziləri çirkləndirən 14 nəfər barəsində inzibati tədbirlər görülüb
Paytaxtın Xəzər, Qaradağ, Xətai rayonlarında və Sumqayıt şəhərində sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması halları aşkar edilib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə ümumilikdə 14 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbirlər görülüb. Xəzər rayonu ərazisində isə bir nəfər tərəfindən sahilboyu mühafizə zolağında qanunsuz tikinti işlərinin aparılması aşkar olunub və həmin şəxs barəsində inzibati tədbir görülüb.
Daha çoxPərviz Şahbazov İsmayıllıda vətəndaşları qəbul edib
Bu gün energetika naziri Pərviz Şahbazov İsmayıllı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. SİA nazirliyə istinadən xəbər verir ki, qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, şəbəkəyə qoşulma, sayğaclaşdırma, gərginlik xətlərinin istismar vəziyyəti, elektrik verilişi xətlərinin mühafizə zonası, transformatorların yenilənməsi, qazlaşdırma, qaz təchizatı üzrə yaranmış borc və cərimələr, məşğulluq imkanları ilə bağlı dəstək, habelə sosial və inzibati xarakterli digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib. Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda İsmayıllı,…
Daha çoxZaur Mikayılov Xızıda vətəndaşları qəbul edib
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Xızıda bu rayondan, eləcə də Siyəzən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. SİA agentliyə istinadən xəbər verir ki, sədr qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri və balansa götürülməsi, işlə təminat və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini…
Daha çoxNövbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb. SİA xəbər verir ki, bu mərhələdə şəhərə köçürülən 199 nəfərdən ibarət 50 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Cəbrayıla daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.
Daha çoxErmənistanın son durumu
Paşinyan-kilsə savaşı, parlament seçkiləri və Rusiya gündəliyi “İrəvan Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan normal və dostluq münasibətlərinə can atır”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya telekanallarının yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib. “Biz Rusiya ilə normal, qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərinin olmasını istəyirik”, – Paşinyanın sözlərinə görə, o, şəxsən Rusiya prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustinlə hörmətli münasibətlər qurub. Paşinyan qeyd edib ki, guya Rusiyada Ermənistanı Rusiya telekanallarının yayımını dayandırmaq barədə qərar qəbul etməyə məcbur etmək istəyən qüvvələr var. Baş nazir əlavə edib ki, belə…
Daha çox