Azərbaycanda “yaşıl enerji” strategiyasının yeni mərhələsi müzakirə olunub


Azərbaycanda “yaşıl enerji” sahəsinin inkişafına dair 2027-2030-cu illəri əhatə edən yeni mərhələnin fəaliyyət istiqamətləri müzakirə olunub. Bu barədə SİA Energetika Nazirliyinə istinadən xəbər verir. Müzakirələr Azərbaycanın 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması çərçivəsində yaradılmış “Yaşıl enerji məkanı” Alt İşçi Qrupunun ilk iclasında aparılıb.

Alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə enerji sahəsində aparılan islahatlara və “yaşıl enerji” gündəliyinin prioritet istiqamətlərinə toxunub. O, strategiyanın hazırlanmasında 2022-2026-cı illəri əhatə edən iqtisadi inkişaf strategiyasının icrasından əldə olunan təcrübənin və beynəlxalq trendlərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

İclasda mövcud strategiya çərçivəsində “yaşıl enerji” sahəsində görülmüş işlər və əldə olunmuş nəticələr təqdim olunub, 2027–2030-cu illər üçün yeni fəaliyyət istiqamətləri, ilkin tədbirlər və koordinasiya mexanizmləri müzakirə edilib.

Qeyd edək ki, “Yaşıl enerji məkanı” Alt İşçi Qrupu Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli sərəncamı əsasında, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq yaradılıb.

Əlaqəli Xəbərlər