…Artan istilər səbəbindən Yunanıstan hakimiyyəti günün ən isti saatlarında bəzi iş növlərini qadağan edib.
SİA-nın məlumatına görə, “Express” xəbər verir ki, qanunu pozanları cərimə gözləyir. Yunanıstan Milli Meteorologiya Xidmətinin məlumatına görə, yaxın həftə ərzində ölkədə pik temperaturun 44°C-ə çatan isti dalğası gözlənilir.
Bu fonda Yunanıstanın Əmək Nazirliyi ölkənin bəzi ərazilərində saat 12:00-dan 17:00-a qədər açıq havada fiziki işi qadağan edən bir qayda çıxardı.
Qadağa xüsusilə tikinti işlərinə və kuryerlərin işinə (avtomobil kuryerləri istisna olmaqla) aiddir. İşçini bu qadağanı pozmağa məcbur edən hər hansı şirkət hər belə işçi üçün 2000 avro cərimələnəcək.
Bundan əlavə, Yunanıstan hökuməti işəgötürənləri işçilərinin mümkün olduğu yerlərdə uzaqdan işləməsinə icazə verməyə çağırıb.
Ümumiyyətlə, son illər Yunanıstanda bu cür məhdudiyyətlər adi hala çevrilib. Yunanıstanın ən məşhur turistik məkanı olan Akropol iyulun əvvəlində isti hava səbəbindən bir neçə gün turistlərin üzünə bağlanıb. Bu, keçən il də baş verdi.
Nazlı Almuradova