Azərbaycanda bütün bankların yeni Ani Ödənişlər Sisteminə inteqrasiyasından sonra ölkə daxilində 40 minə qədər ödəniş bu sistem vasitəsilə həyata keçiriləcək. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
“Bu, sözsüz ki, əməliyyatların maya dəyərinin azalmasına səbəb olacaq”, – deyə o qeyd edib.