Pensiyaçılar pensiya gözləyir, Rusiya Postu futbola sponsorluq edir..?


…Hesablama Palatası Rusiya Postunu pensiya ödənişlərinin gecikdirilməsindən qazanc əldə etmək cəhdində şübhələndirir. Rəsmi hesabata daxil edilməyən bu məlumat Dövlət Dumasında auditin müzakirəsi zamanı səsləndirilib.

Auditorlar dövlət şirkətinin PR və sponsorluqla bağlı yüksək xərclərini də qeyd ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2019-cu ildən 2023-cü ilə qədər bu məqsədlər üçün 1,53 milyard rubl xərclənib. O cümlədən, mediada müsbət imic yaratmaq üçün 600 milyondan çox vəsait xərclənib.

Dövlət Dumasının komitələrindən birinin rəhbəri Valeri Qartunq artıq müvafiq nazirliklərə məktublar göndərib.

O, son 4 il ərzində pensiyaların gecikdirilməsi ilə bağlı 136 faktı qeydə alan Sosial Fondun məlumatlarına istinad edib.

Deputat eyni zamanda qeyd edib ki, pensiya təminatının ümumi səviyyəsi 98,6 faiz təşkil edir.

Nəhayət, komitə Postun insan faktorları ilə bağlı arqumentlərini nəzərə almağa layiq görüb…

Nazlı Almuradova

Əlaqəli Xəbərlər