Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin Türkiyəyə səfəri davam edir. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində qardaş ölkənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüş keçirilib. “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğu xüsusi vurğulanıb. Görüş zamanı, həmçinin ölkələr arasında hərbi əlaqələrin inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə edilib.
Daha çoxDay: July 23, 2025
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkə iqtisadiyyatının 3 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,2 % böyüyəcəyini proqnozlaşdırır. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib. Bu ilin aprel ayında qurum 2025-ci ildə iqtisadi artımın 3,3 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4,7 % olacağını açıqlamışdı. Bundan başqa, T.Kazımov deyib ki, AMB gələn il ölkə iqtisadiyyatının 2,2 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,3 % böyüyəcəyini proqnozlaşdırır. Xatırladaq ki, Maliyyə Nazirliyinin açıqladığı “2025-2029-cu illər üzrə Ortamüddətli…
Daha çoxYeni Qlobal Reallıqların Mərkəzində: Xankəndidən verilən mesajlar
Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan nüfuzunun göstəricisidir. Bu forumun 2023 və 2024-cü illərdə Şuşada, 2025-ci ildə isə Xankəndidə keçirilməsi ölkəmizin ərazi bütövlüyünün bərpasının simvolik və siyasi təntənəsidir. Forum regional və qlobal çağırışların müzakirə edildiyi mühüm platformaya çevrilib. Burada iştirak edən beynəlxalq media təmsilçiləri Azərbaycan həqiqətlərini yerində görmək və obyektiv informasiyanı yaymaq imkanı əldə edirlər. Prezident İlham Əliyevin çıxışı forumun strateji əhəmiyyətini daha da artıraraq Azərbaycanın mövqeyini dünyaya çatdırır. Forum medianın qlobal proseslərdə rolunu artırmaqla yanaşı, sülh, sabitlik və əməkdaşlıq çağırışlarının tribunası rolunu oynayır. Belə bir formun…
Daha çoxAMB AZIR-i uçot dərəcəsinə yaxınlaşdırmağı hədəfləyir
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin uçot dərəcəsi ilə bağlı ötən iclasından bəri pul bazarında qısamüddətli faizlərdə stabil dinamika müşahidə olunub. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, təminatsız pul bazarında faizlər qurumun faiz dəhlizi daxilində hərəkət edir. “AZIR indeksinin orta günlük səviyyəsi iyunda 7,03 %, iyulun ötən dövründə isə 7,15 % olub. Aprel ayından başlayaraq Maliyyə Nazirliyinin vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirdiyi depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə AMB izafi likvidliyin əhəmiyyətli hissəsini 1 həftəlik əməliyyatlarla sterilizasiya…
Daha çoxİlham Əliyev misirli həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur. Həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar əməkdaşlığımızın yeni məzmunla zənginləşməsində əhəmiyyətli rol oynayır. Bu gün müxtəlif sahələrdə münasibətlərimizin dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq ənənəvi…
Daha çoxValyuta bazarında təklif tələbi üstələyir
Bu ilin əvvəlindən Azərbaycanda nağd və qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin azalmaqda davam etməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın fundamentində dayanan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. “Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 6 ayında da xarici ticarət balansında 1,4 milyard ABŞ dolları müsbət saldo qeydə alınıb. AMB-nin 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə…
Daha çoxBu gün İstanbulda danışıqlar olacaq
Xəbər verdiyimiz kimi, bu gün İstanbulda Ukrayna və Rusiya arasında sülh danışıqlarının üçüncü raundu keçiriləcək. SİA-nın “TRT Haber”ə istinadən məlumatına görə, Rusiya nümayəndə heyətinə ölkə Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edəcək. Ukrayna heyətinə rəhbərlik isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi Rüstəm Umerova həvalə olunub. Görüşün gündəliyində əsirlərin azad edilməsi, qaçırılmış uşaqların geri qaytarılması və ölümlərin dayandırılması məsələləri yer alır. TASS-ın məlumatına görə, danışıqlar İstanbulda Çırağan sarayında aparılacaq. Qeyd edək ki, Ukrayna və Rusiya son 5 ay ərzində İstanbulda iki dəfə danışıqlar aparıblar. İyunun 2-si keçirilən son…
Daha çoxAMB uçot dərəcəsini azaldıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən 7 %-ə endirilməsi barədə qərar qəbul edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %-dən 6 %-ə, yuxarı həddi isə 8,25 %-dən 8 %-ə endirilib. “Sabahdan qüvvəyə minəcək qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib”, – deyə AMB bəyan edib. Faiz dəhlizinin…
Daha çoxAMB inflyasiya proqnozlarını yeniləyib
Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,7 %, 2026-cı ildə isə 5,3 % ətrafında olacağı gözlənilir. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Xatırladaq ki, bu ilin aprel ayında qurum illik inflyasiyanın 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,3 % ətrafında olacağını açıqlamışdı. “Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək. AMB…
Daha çoxAQTA Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır
Kürdəmir rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin əməkdaşları müvafiq qurumlarla birgə araşdırmalar aparır. Bu barədə SİA-ya AQTA-dan məlumat verilib. Qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək, nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər. İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanan və ya düzgün saxlanılmayan müxtəlif qidalardan baş verib. Faktla bağlı araşdırmalar davam edir.
Daha çox