Azərbaycanda bütün bankların yeni Ani Ödənişlər Sisteminə inteqrasiyasından sonra ölkə daxilində 40 minə qədər ödəniş bu sistem vasitəsilə həyata keçiriləcək. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib. “Bu, sözsüz ki, əməliyyatların maya dəyərinin azalmasına səbəb olacaq”, – deyə o qeyd edib.
Daha çoxDay: July 23, 2025
Tramp: ABŞ silahlanmaya start verib
Amerika lideri vurğulayıb ki, bir neçə aydan sonra Birləşmiş Ştatlar hər hansı digər ölkədən daha çox silah-sursata sahib olacaq. Amerika Birləşmiş Ştatları yaxın bir neçə ayda sursat və raketlərin istehsalını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Bunu ABŞ lideri Donald Tramp çərşənbə axşamı, iyulun 22-də Ağ Evdə Filippin prezidenti Ferdinand Markos ilə görüşdə deyib. Amerika prezidenti təklif edib ki, yaxın bir neçə ay ərzində Birləşmiş Ştatlar dünyanın istənilən ölkəsindən daha çox silah-sursata malik olacaq. Siyasətçi ABŞ Konqresinin Filippində potensial mərmi istehsalı ilə bağlı qərarı ilə bağlı sualı belə şərh edib. “Bir neçə…
Daha çoxPakistanda güclü yağışlar fəlakətə səbəb olub
Pakistanın Hayber Paxtunxva əyalətində leysan yağışlar nəticəsində baş verən qəza və fəlakətlərdə 10 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, yerli Fəlakət İdarəsi Hayber-Paxtunxvada güclü yağışların bəzi ərazilərdə daşqın və torpaq sürüşməsinə səbəb olduğunu açıqlayıb. Açıqlamada sel və torpaq sürüşmələri ilə yanaşı, yağışların bəzi evlərin də uçmasına səbəb olduğu, bu qəzalarda 6-sı uşaq olmaqla 10 nəfərin həyatını itirdiyi, 2 nəfərin isə yaralandığı qeyd edilib. Bu arada sürüşmə nəticəsində Cəlxad bölgəsində və Babusar aşırımında qapalı qalan yüzlərlə turist xilas edilib. Səlahiyyətlilər sakinlərə musson mövsümündə…
Daha çoxTramp Obamanı “çevriliş cəhdində” ittiham edib
ABŞ-ın keçmiş prezidenti Barak Obama ABŞ lideri Donald Trampın onu mühakimə etmək çağırışlarına cavab verib. Bu barədə çərşənbə günü, iyulun 23-də The Guardian nəşri məlumat yayıb. Ağ Evin rəhbəri sələfi Obamanı və keçmiş dövlət katibi Hillari Klintonu Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı “saxta məlumatlar yaymaqda” ittiham edib. Xüsusilə Tramp Obama və Klintonu “çevriliş cəhdində” ittiham edib. Obama xələfinin Trampın 2016-cı il seçkilərindəki qələbəsindən sonra “Rusiyanın müdaxiləsinə dair sübutlar hazırlayaraq” “çevriliş” təşkil etməyə cəhd etməsi ilə bağlı ittihamlarını rədd edib. “Prezident ofisinə hörmət olaraq, ofisimiz bu Ağ Evdən yayılan…
Daha çoxƏfqanıstanda kömür mədəninin çökməsi nəticəsində 6 işçi həlak olub
Əfqanıstanın şimalındakı Baqlan əyalətində kömür mədəni çöküb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 6 işçi həlak olub, 12 nəfər yaralanıb. Əfqanıstan hökumətinə bağlı olan Bəxtar xəbər agentliyinin məlumatına görə, dünən əyalətdəki Karkar Kömür Mədənində çökmə baş verib. Uçqun nəticəsində 6 işçi həlak olub, 12 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Daha çoxSabah 41 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında İyulun 24-də hava şətaitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 36-41° isti…
Daha çoxRusiya ilə gərginlik idxal-ixraca və pul köçürmələrinə əhəmiyyətli təsir etməyib
Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya ilə münasibətlərdə yaranmış gərginliyin idxal-ixrac əməliyyatlarına təsirini nəzarətdə saxlayır. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib. “Rusiya qeyri-neft-qaz sektoru üzrə əsas ticarət tərəfdaşlarımızdan biridir. Bu gün bu sahədə kəskin dəyişiklik görmürük”, – deyə o qeyd edib. AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirov isə deyib ki, dövlətlərarası gərginliklə bağlı həm idxal-ixracda, həm də pul köçürmələrində əhəmiyyəli dəyişiklik yoxdur.
Daha çoxİndoneziyada Marapi vulkanı yenidən püskürüb
İndoneziyanın Sumatra adasının qərbində yerləşən Marapi vulkanı yenidən püskürüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, püskürmənin göyə kül səpdiyi bildirilir. Vulkan 2023-cü ildə ilk püskürməsindən bəri 450 dəfədən çox püskürüb və sakinlərə püskürmə mərkəzindən 3 kilometr radiusda daxil olmaq və ya hər hansı fəaliyyətlə məşğul olmaq qadağan edilib.
Daha çoxİldırım bomba kimi düşdü
İldırım bomba kimi düşdü
Daha çoxEnergetika Nazirliyinə 6 ayda 4 600-dən çox müraciət daxil olub
Bu ilin birinci yarımilində Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 4 642 vətəndaş müraciəti daxil olub. SİA nazirliyə istinadən xəbər verir ki, müraciətlərdən 759-u məlumat, 3 883-ü isə icra xarakterli olub. Bunlardan 3 591-i müvafiq qaydada icra edilib, 292 müraciət isə icradadır. Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, enerji verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatə edib. Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər…
Daha çox