Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir


Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, iyulun 24-25-də 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yolu keçidində (Puta-Abşeron mənzilinin tək yolu) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 126 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Şonqar qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi – “Sədərək” ticarət mərkəzi, 554 nömrəli marşrutun hərəkəti isə Güzdək qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi – Lökbatan qəsəbəsi istiqamətləri üzrə təşkil olunacaq.

Əlaqəli Xəbərlər