Süveyş kanalının gəlirləri cari maliyyə ilinin ilk doqquz ayında 54,1 faiz azalaraq 2,6 milyard dollar olub. Bu eniş Qırmızı Dəniz regionunda davam edən geosiyasi gərginliklər fonunda tranzit gəmilərin sayının 44,8 faiz azalması ilə əlaqədardır. Bu vəziyyət, Süveyş kanalının beynəlxalq ticarətdəki roluna ciddi təsir göstərib. SİA xəbər verir ki, bu barədə Misir Mərkəzi Bankı məlumat verib. Bununla belə, Bankın statistikasına görə, qeyd olunan dövr ərzində xaricdən ölkəyə göndərilən pul vəsaitlərinin həcmi 82,7 faiz artaraq 26,4 milyard dollara çatıb. Xarici ölkələrdə işləyən misirlilərin göndərdikləri pul ölkə iqtisadiyyatı üçün mühüm dəstək mənbəyi olaraq…
Daha çoxDay: July 23, 2025
Pakistanda ölənlərin sayı 242 nəfərə çatdı
Musson yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 242-yə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan ərazisində iyunun sonunda başlayan və hazırda davam edən musson yağışları sel və torpaq sürüşməsinə səbəb olub. Son 24 saat ərzində daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 21 nəfərin daha həlak olduğu bildirilir. Hadisələr nəticəsində yaralananların sayı isə 600-ə çatıb. Yağışlardan ən çox Pəncab əyalətinin zərər gördüyü, bölgədə ölənlər arasında 40 qadın və 104 uşağın olduğu bildirilir. Pəncabda ümumilikdə 135 nəfər həlak olub, 470 nəfər isə yaralanıb. Musson yağışlarının başlamasından…
Daha çoxSakinlərin NƏZƏRİNƏ – Bu gün bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ – Bu gün bəzi ərazilərdə qaz olmayacaq
Daha çoxQızıl kəskin bahalaşdı
Qızıl kəskin bahalaşdı
Daha çoxBu günə olan hava PROQNOZU
Bu günə olan hava PROQNOZU
Daha çoxSuriya MN qətlləri araşdırmaq üçün komitə yaratdı
Süveydə bölgəsində vəziyyətin gərginləşməsi zamanı törədilmiş qətlləri araşdırmaq üçün komitə yaradılıb. SİA xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, Süveydədə qanunu pozanların şəxsiyyətləri müəyyən edilərək maksimum cəza tədbirləri tətbiq olunacaq.
Daha çoxİran Prezidenti İsraili cavab zərbələri ilə hədələdi
İsrail yeni hücumlara başlayarsa, Tehran yeni hərbi əməliyyatlara hazırdır”. SİA xəbər verir ki, bu xəbərdarlığı “Əl-Cəzirə” telekanalına müsahibə verən İran Prezidenti Məsud Pezeşkian edib. “İran ordusu tam döyüş hazırlığındadır və İsrail ərazisinə cavab zərbələri endirməyə qadirdir. Biz İsrailin istənilən hərbi əməliyyatına hazırıq və qüvvələrimiz yenidən İsrail ərazisinin dərinliklərinə zərbə endirmək üçün tam döyüş hazırlığındadır”, – İran prezidenti bildirib.
Daha çoxFransanın xarici işlər naziri Rusiyaya qarşı yeni sanksiyalar hazırlandığını bildirib
Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqı səviyyəsində Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazırlandığını elan edib. Barronun sözlərinə görə, məqsəd Rusiyanın “hərb iqtisadiyyatını tükətmək” və Moskvanı atəşkəsə məcbur etməkdir. SİA xəbər verir ki, bu bəyanatı Barro Ukraynaya iki günlük rəsmi səfəri zamanı “FranceInter” radiosuna müsahibəsində səsləndirib. Diplomat bildirib ki, yeni sanksiya paketi hazırlanır. Məqsəd döyüşlərin dayandırılması, danışıqlara dönüşün təmin olunmasıdır. O, Avropa İttifaqı iqtisadiyyatının Rusiyadan on dəfə böyük olduğunu vurğulayıb. Səfəri çərçivəsində Barro Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və bir daha Fransanın qəti dəstəyini ifadə edib.…
Daha çoxKaliforniyada meşə yanğınları ABŞ-a 65 milyard dollar ziyan vurub
2018-ci ildə Kaliforniya ştatında baş verən yanğınlar ölkəyə 13 milyard dollar ziyan vurmuşdu. SİA xəbər verir ki, bu yanğınlar ABŞ tarixində ən çox ziyana səbəb olmuş kütləvi yanğın kimi qiymətlndirilirdi. Lakin 2025-ci ilin əvvəlində Kaliforniyada baş vermiş 2 meşə yanğınının fəsadları ABŞ tarixindəki bütün yanğınları üstələyib. Sözügedən fəlakətlərdə 31 nəfər ölüb, 16 200-dən çox tikili məhv olub. Yerli ekspertlərin hesabatında qeyd olunur ki, söhbət həm ABŞ, həm də dünya tarixində ən “bahalı” 2 yanğından gedir. Ziyanın ümumi həcmi 65 milyard dolları ötüb.
Daha çox“Bosch” şirkəti 1100 iş yerini ixtisar edəcəyini açıqlayıb
Almaniyanın “Bosch” şirkəti Reutlingendəki zavodunda 2029-cu ilədək 1100 iş yerini ixtisar etməyi planlaşdırır. SİA xəbər verir ki, şirkətin açıqlamasında idarəetmə qurğuları istehsal edən müəssisənin artıq rəqabət qabiliyyətli olmadığı, strukturun yenidən qurulmasına və xərclərin azaldılmasına ehtiyac yarandığı qeyd edilib. Gələcəkdə bu müəssisədə əsasən yarımkeçiricilər istehsal olunacaq. Plana əsasən, 2029-cu ilin sonunadək 1100-dək iş yerinin ixtisarı tələb olunacaq. İxtisarlar istehsal, idarəetmə qurğularının hazırlanması sahələrini və inzibati sahəni əhatə edəcək. Qərar idarəetmə qurğuları sahəsində çətinləşən bazar şərtləri, tələbatın kəskin azalması, artan rəqabət və qiymət təzyiqinə görə verilib. Bazar yeni təchizatçılar tərəfindən ciddi şəkildə…
Daha çox