“ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Media Forumundakı çıxışını açıq şəkildə təqdir etməsi, Bakı ilə Vaşinqton arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib. Onun sözlərinə görə, bu ilk növbədə Azərbaycanın regionda artan nüfuzuna və informasiya siyasətindəki fəallığına verilən ciddi beynəlxalq dəstək kimi qiymətləndirilməlidir: “Tramp Administrasiyası üçün informasiya təhlükəsizliyi, qlobal medianın balanslı və ədalətli şəkildə qurulması prioritet məsələlərdən biridir. Prezident İlham Əliyevin çıxışında məhz bu məsələlərə toxunması və beynəlxalq medianın qərəzliliyinə qarşı prinsipial mövqe sərgiləməsi, ABŞ-la strateji əməkdaşlıq üçün…
Daha çoxDay: July 22, 2025
“Sıfır Tullantı” Həmrəylik Marafonu Qazax-Tovuz iqtisadi rayonunda təşkil olunub
Qırmızı Ürəklər Fondunun və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub. SİA xəbər verir ki, Şəmkir rayonunun Kür qəsəbəsində, Şəmkir su anbarının ətrafında baş tutan aksiyada ümumilikdə 750 kiloqram məişət tullantısı toplanaraq aidiyyatı üzrə təhvil verilib. Ərazinin təmizlənməsinə Kapital Bank-ın Qazax-Tovuz iqtisadi rayonlarını əhatə edən filial şəbəkələrindən 33 nəfər əməkdaş könüllü olaraq qoşulub. Layihənin əsas məqsədi cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın artırılması, sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasının təbliği, eləcə də hər kəsin təbiətə qarşı daha…
Daha çoxXRİTDX-də ilk yarımilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) bu ilin yanvar-iyun aylarının yekunlarına həsr olunmuş geniş tərkibli müşavirə keçirilib. Dövlət Xidmətindən SİA-ya bildirilib ki, iclası giriş sözü ilə açan xidmət rəisi general leytenant İlqar Musayev dünyada yeni texnologiyaların sürətlə tətbiq edildiyi bir zamanda informasiya təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uzaqgörən siyasəti nəticəsində ölkəmizin mühüm uğurlar qazandığını vurğulayıb. İ.Musayev xidmət tərəfindən həyata keçirilən islahatlar, kibertəhlükəsizlik sahəsində milli resursların gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir texnologiyalara əsaslanan yeni layihələrin icrası və informasiya təhlükəsizliyi üzrə bilik…
Daha çoxCeyhun Bayramovla gürcüstanlı həmkarı arasında təkbətək görüş başlayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında təkbətək görüş başlayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, regional məsələlər üzrə əməkdaşlıq və strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunur.
Daha çoxYunanıstanda dəhşətli zəlzələ olub
Yunanıstanda dəhşətli zəlzələ olub
Daha çoxEy gidi dünya, oyuncaq istehsalçısı “Labubu” “Qazprom”dan baha olub…
Ey gidi dünya, oyuncaq istehsalçısı “Labubu” “Qazprom”dan baha olub…
Daha çoxAzercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib
Azercell Telekom, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı və dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə (QDX) 2025-ci ilin ilk altı ayında 1306 müraciət daxil olub. Müraciətlərin təsnifatına əsasən, psixoloji dəstək üzrə 329, məişət zorakılığı halları ilə bağlı 209, hüquqi yardımın göstərilməsi üçün isə 187 müraciət qeydə alınıb. Bununla yanaşı, sosial və maddi rifahla bağlı problemlərlə əlaqəli 150, boşanma prosesində yaşanan çətinliklərlə bağlı 119, sığınacaqla təmin olunma üzrə 73, səhiyyə hüquqlarının təmin olunması üçün isə 15 müraciət daxil olub.…
Daha çoxCeyhun Bayramov Gürcüstanda səfərdədir
Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda səfərdədir. SİA xəbər verir ki, nazir Tbilisidə gürcüstanlı həmkarı Maka Boçorişvili ilə görüşəcək. XİN başçıları görüşdən sonra mətbuata birgə açıqlama ilə çıxış edəcəklər. Ceyhun Bayramov gün ərzində Gürcüstan parlamentində də görüşlər keçirəcək.
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
İyulun 21-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,04% – 44,323.07 bəndədəkazalıb, S&P 500 indeksi 0,14% – 6,305.60 bəndədək, Nasdaq indeksi isə 0,38% – 20,974.18 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında iyulun 21-də FTSE 100 indeksi 0.23% – 9,012.99 bəndədək, Almaniyanın DAX indeksi 0.08% – 24,307.80 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.31% – 7,798.22bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,04% azalaraq 1.1689 dollar təşkil edib.
Daha çoxDonald Tramp Prezident İlham Əliyevin Xankəndidəki çıxışından bir hissəni paylaşıb
ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin Xankəndidə Şuşa Qlobal Media Forumundakı çıxışından bir hissəni paylaşıb. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev çıxışının həmin hissəsində Donald Trampın Azərbaycan xalqı ilə ortaq fundamental, o cümlədən ailə dəyərlərini paylaşdığı və buna görə də ABŞ-da onun seçilməsini istədiyini bildirib. O qeyd edib ki, Tramp yeganə ABŞ prezidentidir ki, müharibə başlatmayıb, əksinə müharibələri sonlandırmaq məqsədi güdür. Prezident İlham Əliyev daha böyük qlobal təhlükəsizlik məsələləri ilə məşğul olmasına baxmayaraq, Trampın Ermənistanla Azərbaycanın yekun saziş əldə etməsi istiqamətindəki şəxsən niyyətinə görə…
Daha çox