Azərbaycanda iyulun 23-də havanın yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə…
Daha çoxDay: July 22, 2025
Çıxarışlı-çıxarışsız ən ucuz evi hardan almaq olar? – EKSPERT AÇIQLADI
Çıxarışlı-çıxarışsız ən ucuz evi hardan almaq olar? – EKSPERT AÇIQLADI
Daha çox“Səsləndirilən fikirlər qlobal əhəmiyyət daşıyır”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunda iştirak edərək mühüm çıxışla yadda qalmışdır. Onun çıxışında səsləndirilən fikirlər, həm forma, həm məzmun, həm də mahiyyət baxımından qlobal əhəmiyyət daşıyır. Dövlət başçısının irəli sürdüyü tezislər təkcə Azərbaycanla deyil, eyni zamanda qlobal gündəliyin aktual məsələləri ilə də bilavasitə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib. Elman Nəsirov sözlərinə belə davam edib: “Prezident xüsusilə vurğulamışdır ki, Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsi ölkənin qlobal problemlərin həllindəki rolunu və məsuliyyətini göstərir. Bu tədbir vasitəsilə Azərbaycan, inkişaf etmiş və inkişaf…
Daha çoxCeyhun Bayramovla gürcüstanlı həmkarı arasında geniş tərkibdə görüş başlayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında geniş tərkibdə görüş olub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Gürcüstan nümayəndə heyətləri arasında enerji, nəqliyyat, regional əlaqələr, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri də daxil olmaqla, əməkdaşlığın əsas sahələri müzakirə edilib. Qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri də gündəlikdə yüksək yer tutub.
Daha çoxTürkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb
Aydın bölgəsinin sahilində yerləşən gözəl Didim qəsəbəsi, Türkiyənin Egey dənizi sahillərində gizli qalmış bir incidir. Qızılı qumlu çimərlikləri, möhtəşəm təbiəti və zəngin tarixi ilə Didim hər kəsi valeh edən bir cənnət guşəsini xatırladır. Bodrum, Muğla və İzmir hava limanlarından asanlıqla çatmaq mümkündür. Burada zövqünüzə uyğun geniş seçimlər var: lüks beşulduzlu otellərdən tutmuş rahat butik otellərə qədər. Didimdə olarkən Egey mətbəxinin ləziz təamlarından dadaraq hər anın dadını çıxarın. İsti yay günlərində bu gözəl Egey məkanını kəşf etmək üçün 5 səbəb var: Təmiz sular və çimərlik Möhtəşəm təbiəti ilə Didim, sahili boyunca…
Daha çoxAzercell Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir
Lider mobil operator jurnalistlər üçün xüsusi internet kampaniyası təqdim edir Bugün – 22 iyul, Azərbaycan mətbuatının əsasını qoyan “Əkinçi” qəzetinin nəşrindən 150 il ötür. Həsən bəy Zərdabinin təşəbbüsü ilə 1875-ci ildə işıq üzü görənbu nəşr ana dilində informasiya yayımı və milli maarifçilik ənənələrinin formalaşmasına mühüm töhfə verib. Azercell Telekomənənəsinə sadiq qalaraq,Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Mediacell” tarif paketinin abunəçilərinə vəİkinci Qarabağ müharibəsində iştirak etmiş media nümayəndələrinə 5GB həcmində internet paketihədiyyə edir.Təqdim olunanmobil internet 30 gün müddətində aktiv olacaq. Daha ətraflı məlumat əldə etmək üçün linkə keçid…
Daha çoxMilli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız təkcə regional məsələlərdə deyil, bütövlükdə qlobal miqyasda baş verən proseslərə mühüm təsir etmək imkanlarına malikdir. Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub və fəaliyyəti ilə bunu sübut edərək parlaq nümunə sərgiləyib. Düşünülmüş addımlara, düzgün qurulan strategiyaya əsaslanan xarici siyasətin nəticəsi olaraq Azərbaycana maraq günbəgün artır. Ölkəmiz yüksək iqtisadi göstəricilərə malik sabitlik adası olaraq dünyanın diqqət mərkəzindədir. İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.…
Daha çoxForum Azərbaycanın informasiya mübarizəsində söz sahibinə çevrildiyini təsdiqlədi
Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu təkcə beynəlxalq jurnalistlərin iştirakı ilə keçirilən yüksək səviyyəli tədbir deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyini, informasiya dayanıqlılığını və müasir çağırışlara verdiyi cavabları ortaya qoyan mühüm platforma oldu. Forumun builki mövzusu – “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” – təkcə texnologiya ilə bağlı deyil, həm də qlobal informasiya müharibəsinin fonunda medianın məsuliyyətinə dair çağırış idi. Prezident İlham Əliyevin Forumda iştirakı tədbirin siyasi və strateji çəkisini bir neçə dəfə artırdı. Onun müxtəlif istiqamətləri əhatə edən cavabları yalnız iştirakçılar üçün deyil, həm…
Daha çox“Böyük Qayıdış təkcə torpaqlara deyil, həm də…”
“Böyük Qayıdış” proqramı Azərbaycanın dövlətçilik tarixində strateji əhəmiyyət daşıyan mühüm mərhələlərdən biridir. Bu, təkcə əhalinin doğma torpaqlarına qayıdışı deyil, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial, iqtisadi və mədəni dirçəlişin simvoludur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. Onun sözlərinə görə, hazırda dövlət tərəfindən infrastrukturun yenidən qurulması, yolların, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikintisi istiqamətində ardıcıl və sistemli işlər aparılır. Xüsusilə ağıllı kənd layihələrinin icrası, yaşıl enerji zonasının yaradılması və innovativ yanaşmalar bölgənin gələcək inkişafına yönəlik strateji hədəfləri ortaya qoyur: “Əhalinin təhlükəsiz və dayanıqlı şəkildə yerləşməsi…
Daha çoxIII Şuşa Qlobal Media Forumunda “Azərpoçt”a məxsus poçt markaları dövriyyəyə buraxılıb
“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilib. Forum çərçivəsində “Azərpoçt” MMC və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə dövriyyəyə buraxılan milli mətbuatın 150 illiyinə həsr olunmuş poçt markalarının möhürlənməsi həyata keçirilib. MMC-dən SİA-ya bildirilib ki, markalar forumun 2-ci günü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov tərəfindən möhürlənib. Qeyd edək ki, sözügedən markalardan birinin üzərində Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin portreti və Azərbaycan…
Daha çox